Kolumbiyada "Körfəz klanı"nın liderlərindən biri tutulub

Kolumbiyada "Körfəz klanı"nın liderlərindən biri tutulub
# 18 aprel 2022 09:39 (UTC +04:00)

Kolumbiya hərbçiləri və polisi “Körfəz klanı” narkotik qruplaşmasının liderlərindən biri, Lənətəgəlmiş Patrik ləqəbi ilə tanınan Fausto Palasiosu saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano bildirib.

Kolumbiya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Palasios 2012-ci ildə “Körfəz klanı”na qoşulub. 2016-cı ildə klanın “Manuel Xose Qaytan” adlı alt qruplaşmasında fəaliyyət göstərib, daha sonra onun hərbi qanadının rəhbəri təyin olunub.

Fausto Palasiosun haqqında məlumat verənə 25 milyon Kolumbiya pesosu (6,6 min ABŞ dolları) məbləğində mükafat vəd edilmişdi.

Qeyd edək ki, "Körfəz klanı" son vaxtlara qədər özündə min beş yüzə qulduru birləşdirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR