Macarıstan Finlandiyanın NATO-ya daxil olması haqqında ratifikasiya sənədini ABŞ-a verib

Macarıstan Finlandiyanın NATO-ya daxil olması haqqında ratifikasiya sənədini ABŞ-a verib
# 01 aprel 2023 00:21 (UTC +04:00)

Macarıstanın ABŞ-dakı səfiri Sabolş Takaç Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiya sənədini ABŞ Dövlət Departamentinə təqdim edib.

APA-nın məlumatına görə, bu barədə cümə günü Macarıstanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

1949-cu ilin aprelində Vaşinqtonda bağlanmış Şimali Atlantika Müqaviləsinə əsasən, ratifikasiya sənədləri daimi saxlanmaq üçün ABŞ hökumətinə verilməlidir.

Martın 27-də Macarıstan parlamenti Finlandiyanın NATO-ya qoşulması haqqında sazişi səs çoxluğu ilə təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR