Meksikada sutkalıq koronavirusa yoluxma sayında antirekord qeydə alınıb

Meksikada sutkalıq koronavirusa yoluxma sayında antirekord qeydə alınıb
# 16 yanvar 2022 07:00 (UTC +04:00)

Meksikada son sutka ərzində 47 113 koronavirusa yoluxma hadisəsi qeydə alınıb ki, bu da pandemiyanın bütün dövrü üçün ən yüksək göstəricidir.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Pandemiyanın başlanğıcından bəri Meksikada ümumilikdə 301 334 nəfər koronavirusa yoluxub.

Yoluxmanın sürətlə artmasına baxmayaraq, respublikada tibb müəssisələrinin yükü nisbətən aşağı olaraq qalır - orta hesabla 29 faiz. Süni ağciyər ventilyasiyası cihazları ilə təchiz olunmuş çarpayıların 17%-i reanimasiya şöbələrində yerləşdirilib ki, bu da 2021-ci ilin yanvarında xəstələnmənin ikinci dalğasının pik nöqtəsində qeyd olunan rəqəmlərdən bir neçə dəfə aşağıdır.

Qeyd edək ki, bu günə qədər 127 milyona yaxın insan yaşadığı Meksikada 75,37 milyon insan koronavirusa qarşı peyvəndin tam kursunu başa vurub, daha 7,44 milyon insan lazımi dərmanların ilk dozasını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR