Nyu-Yorkda koronavirusa görə fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda koronavirusa görə fövqəladə vəziyyət elan edilib
# 28 noyabr 2021 01:43 (UTC +04:00)

Okeanın o tayında koronavirusa yoluxmalarda yenidən artım müşahidə olunur.

APA-nın xəbərinə görə, ABŞ-da son bir həftədə yeni yoluxma halları günlük 92 minə yaxın olub.

Xəstəxanaya yerləşdirilən və virusdan vəfat edənlərin də sayı artıb. Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Nyu-York ştatında 2022-ci il yanvarın 15-dək fövqəladə vəziyyət elan edilib. Bu ştatda COVİD-19-un yayılma sürəti 2020-ci ilin aprelindən görünməmiş həddə çatıb. Son bir ayda hər gün 300-dən çox insan xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR