Pentaqon: Rusiya İran və Şimali Koreyadan PUA istəyir

Pentaqon: Rusiya İran və Şimali Koreyadan PUA istəyir
# 17 yanvar 2023 07:04 (UTC +04:00)

Rusiya İran və Şimali Koreyadan raket və dronlarla bağlı kömək istəməkdə davam edir.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərlə söhbəti zamanı ABŞ dövlət katibinin müavini Vendi Şerman və müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl deyib.

“Rusiya çatışmayan silahları əldə etmək üçün getdikcə daha çox başqa dövlətlərin köməyinə arxalanacaq”, - deyə Kolin Kahl bu cür müraciətləri çarəsizlik siqnalı adlandırıb.

Şermanın sözlərinə görə, onlar Rusiya Federasiyasının İranla münasibətlərindən narahatdırlar, ona görə də onlar onun raket istehsalı ilə bağlı hərəkətlərini izləməyə və sanksiyalar tətbiq etməyə davam edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR