Pentaqon: Rusiya Mariupolu ələ keçirə bilməyib

Mariupol

© APA | Mariupol

# 19 aprel 2022 10:00 (UTC +04:00)

Mariupol Rusiyanın zərbələrinə baxmayaraq təslim olmayıb.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bunu Pentaqon rəsmisi Con Körbi deyib.

“Biz Rusiya aviazərbələrinin və artilleriya atəşlərinin Donbasda və cənubda, xüsusilə də Mariupol və ətrafında cəmlənməsini görməyə davam edirik. Ruslar bizim “formalaşdırma” (shaping) dediyimiz işi görürlər, onlar Ukraynanın şərqində daha geniş və aşkar hücumlar üçün şərait yaradırlar”, - o bildirib.

Körbi qeyd edib ki, Rusiyanın artan aqressiyasına baxmayaraq ukraynalılar müqaviməti davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR