Quterreş: Atom silahı tarixə qovuşmalıdır

Antonio Quterreş

© APA | Antonio Quterreş

# 29 avqust 2022 05:17 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq nüvə sınaqlarının qadağası günü münasibəti ilə paylaşım edib.

APA xəbər verir ki, Quterreş paylaşımında bəşəriyyətin nüvə silahından əl çəkməsini tövsiyə edib.

“Dünya uzun müddətdir nüvə silahının əsirinə çevrilib. Bu ölüm aləti nə qələbə, nə də təhlükəsizliyə zəmanət vermir, yalnız ölüm gətirir. Gəlin elə edək ki, nüvə sınaqları həmişəlik bitsin və atom silahı tarixə qovuşsun” – deyə Baş katib bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR