Sallivan: ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayıracaq

Sallivan: ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayıracaq
# 13 noyabr 2022 22:49 (UTC +04:00)

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır. Bu barədə yaxın həftələrdə məlumat veriləcək.

APA xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Siz bu günlərdə elan etdiyimiz yardım paketindən xəbərdarsınız. Yaxın həftələrdə növbəti paket elan olunacaq” – deyə Sallivan vurğulayıb.

Müşavirin sözlərinə görə, ikinci paket də əvvəlki həcmdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR