Texas aeroportunda atışma baş verib

Texas aeroportunda atışma baş verib
# 26 iyul 2022 00:30 (UTC +04:00)

ABŞ-ın Texas şəhərinin aeroportunda qadın odlu silahdan atəş açıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, hadisə nəticəsində xəsarət alan olmasa da, sərnişinlər arasında çaxnaşma yaranıb.

Aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları qadını ayağına atəş açaraq zərərsizləşdiriblər. O, yaralı halda xəstəxanaya aparılıb.

Yerli medianın xəbərinə görə, sərnişinlər aerovağzal binasını tərk etmək istədikləri üçün sıxlıq yaranıb. Uçuşlar müvəqqəti təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR