Tramp: “FTB həyat yoldaşımın və oğlumun şəxsi əşyalarını yoxlayıb”

Tramp: “FTB həyat yoldaşımın və oğlumun şəxsi əşyalarını yoxlayıb”
# 04 sentyabr 2022 14:41 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, FTB agentləri onun mülkündə axtarış apararkən həyat yoldaşı Melaniya və azyaşlı oğlunun şəxsi əşyalarını ələ keçiriblər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş lideri Pensilvaniya ştatında tərəfdarlarının mitinqində çıxışı zamanı danışıb.

“Onlar birinci xanımın şkaflarını və siyirtmələrini qarışdırdılar, hətta mənim 16 yaşlı oğlumun otağını da çirkin bir şəkildə yoxladılar, toxunduqları hər şeyi çox fərqli vəziyyətdə geri qoydular” – Tramp deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR