“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk edib

“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk edib
# 22 yanvar 2023 13:42 (UTC +04:00)

Milyarder İlon Maskın “Twitter”-i almasından sonra şirkətin əməkdaşlarının 80 faizə yaxını ya işdən çıxarılıb, ya da öz ərizəsi ilə işdən çıxıb.

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı “Twitter”-də daxili yazışmalara istinadən məlumat yayıb.

Beləliklə, şirkət əməkdaşlarının sayı 1,3 minə qədər azalıb. Xüsusən istifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb. Ekspertlər təcrübəli əməkdaşların sayının azalmasının “Twitter”-ə xidməti çətinləşdirəcəyi qənaətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR