Yen qasırğası ABŞ-da 40 nəfərin ölümünə səbəb olub

Yen qasırğası ABŞ-da 40 nəfərin ölümünə səbəb olub
# 01 oktyabr 2022 07:30 (UTC +04:00)

ABŞ-ın Frorida ştatında Yen qasırğası nəticəsində ölənlərin sayı 40 nəfəri keçib.

APA-nın xəbərinə görə, bu barədə CNN kanalı məlumat yayıb.

Meteoroloqların məlumatına görə, 4-cü dərəcəli təhlükə kateqoriyasına aid qasırğanın sürəti 250 km/saata çatıb. Təbii fəlakət zonasında elektrik təchizatı kəsilib, rabitə xətləri sıradan çıxıb, aeroportlar işləmir. Tikililərə ciddi ziyan dəyib.

Cənubi Karolina ştatında əhaliyə evlərini tərk etməmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR