Millət vəkili: "Azərbaycanda bəzi hallarda mülkiyyətin toxunulmazlığı təmin edilmir"

Millət vəkili: "Azərbaycanda bəzi hallarda mülkiyyətin toxunulmazlığı təmin edilmir"
# 04 iyun 2019 11:29 (UTC +04:00)

Azərbaycanda sahibkarlar öz mülkiyyətinin toxunulmazlığında əmin olmalıdır.

APA-nın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, mülkiyyətin toxunulmazlığının qorunması çox vacib məsələdir. Bu məsələ Konstitusiyada da öz əksini tapıb, lakin buna baxmayaraq, bəzi hallarda mülkiyyətin toxunulmazlığı təmin edilmir.

“Mülkiyyətin toxunulmazlığı məsələsi öz həllini tapmalıdır və sahibkarlar öz mülkiyyətinin toxunulmazlığında əmin olmalıdır. Bu, həm də xarici investorları maraqlandıran əsas məsələlərdən biridir”, - deyə V. Əhmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR