Azərbaycan pambıq ixracını azaldıb, idxalını artırıb

Azərbaycan pambıq ixracını azaldıb, idxalını artırıb
# 29 dekabr 2020 11:25 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 130 948,57 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 6,6% azalıb.

Cari ilin 11 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 111 916,04 min dollar dəyərində 84 697,95 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 2,8%, həcm göstəricisi üzrə isə 8% üstələyir.

Cari ilin yanvar-noyabr ayları ərzində ölkədən 14 965,96 min dollar dəyərində (azalma 45,2%) 7 271,82 ton (azalma 37) iplik pambıq ixrac olunub.

Bu ilin 11 ayında pambıq idxalının dəyəri 5 803,95 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,6% çoxdur. Yanvar-noyabr ayları üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,06% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR