Azərbaycan şəkər ixracını kəskin artırıb

Azərbaycan şəkər ixracını kəskin artırıb
  • Clock-gray 15:30
  • calendar-gray 16 Mart 2021

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9 742,76 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 92,4% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin ilk iki ayında 4 874,78 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfəyədək çoxdur.

Cari ilin yanvar-fevral aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,17%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,47%-ə bərabər olub.

Hüseyn Vəliyev

Digər xəbərlər