Azərbaycana təbii bal idxalı kəskin artıb

Azərbaycana təbii bal idxalı kəskin artıb
  • Clock-gray 14:15
  • calendar-gray 24 Mart 2021

Bu ilin yanvar ayında Azərbaycana 32,43 min. ABŞ dolları dəyərində 9,44 ton təbii bal idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2020-ci ilin ilk ayı ilə müqayisədə dəyər ifadəsində 14,8 dəfə, həcm ifadəsində isə 78,6 dəfə artıb.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal İrandan olunub. Bu ölkə hesabat dövründə Azərbaycana 17,34 min. dollar dəyərində 6,65 ton təbii bal ixrac edib.

Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən bu ilin yanvar ayı ərzində Azərbaycana 11,74 min. dollarlıq 2,35 ton bal tədarük edilib. 

Üçüncü yerdə olan Almaniyadan isə ölkəyə 3,35 min. dollar dəyərində 0,45 ton bal göndərilib.

Hüseyn Vəliyev

Digər xəbərlər