Bu ilin 31 avqust tarixinə olan göstəriciyə əsasən Gürcüstan Azərbaycana 567 ton şaftalı ixrac edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Gürcüstanın ən çox şaftalı ixrac etdiyi ikinci ölkə olub. Bu il Gürcüstanın şaftalı ixracı ümumilikdə 23,784 ton təşkil edib ki, bu da illik müqayisədə 10,963 ton çoxdur. Gürcüstanın şaftalı ixracında əsas tərəfdaşı Rusiyaya Federasiyası olub – 15,449 ton.