Qazaxıstandan Azərbaycana ilin əvvəlindən 3 min tondan çox taxıl idxal edilib

Qazaxıstandan Azərbaycana ilin əvvəlindən 3 min tondan çox taxıl idxal edilib
  • Clock-gray 15:39
  • calendar-gray 26 Fevral 2021

Azərbaycan Qazaxıstanın Akmola bölgəsindən ən çox taxıl idxal edən ölkələr sırasına daxil olub.

"APA-Economics" Qazaxıstanın Regional Kənd Təsərrüfatı İdarəsinə istinadən verdiyi məlumata görə, ilin əvvəlindən fevralın 10-dək bölgənin taxıl qəbul edən müəssisələrindən ümumilikdə 256,9 min ton taxıl yaxın və uzaq xarici ölkələrə, eləcə də Qazaxıstanın digər bölgələrinə göndərilib.

Ən böyük həcmlər Özbəkistan (68,7 min ton), Tacikistan (51,3 min ton), İran (44,8 min ton), Çin (24,1 min ton), Əfqanıstan (5,8 min ton), Rusiya (4,4 min ton), Azərbaycan (3,2 min ton) və Türkmənistana (1,5 min ton) idxal olunub.

Qazaxıstanın daxili bazarına isə 53,1 min ton tədarük edilib.

Hüseyn Vəliyev

Digər xəbərlər