Azərbaycan Permlə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Permlə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

© APA | Azərbaycan Permlə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

# 03 iyun 2022 09:25 (UTC +04:00)

Azərbaycan ilə Rusiyanın Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tərəflər arasında keçirilən görüşdə, sahəsində üzrə əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasına dair məsələlər, qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanlar müzakirə olunub.

Perm vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkədə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR