Azərbaycanda bal istehsalı iki dəfə artıb

Azərbaycanda bal istehsalı iki dəfə artıb
  • Clock-gray 14:59
  • calendar-gray 11 Sentyabr 2019

Bu il ərzində Azərbaycanda bal istehsalının həcmi ötən ilin ümumi göstəricisini 2 dəfə üstələyərək 6 min tonu keçib. Bunu “APA-Economics”ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu göstəricini 10 min tona çatdırılacağı planlaşdırılır ki, buna təxminən yaxın 2 il ərzində nail olunacağı istisna olunmur. 

“Maliyyə baxımından daxili bazarın illik həcmi təxminən 1,2 mln. manat olub ki, bunun da 3 mln. manatını istehsal xərcləri təşkil edib. Araşdırmalara görə, daxili tələbat təqribən 5 min tona bərabərdir”, - deyə B. Həsrətov qeyd edib.

Assosiasiyasının sədri əlavə edib ki, əgər ötən il ölkə üzrə 375 minədək arı ailəsi var idisə, bu il bu göstərici artıq 100 minə çatıb.

“Biz arı ailələrin sayını 1 milyona çatdırılmasını planlaşdırırıq. Əgər əvvəllər bir arı ailəsinin məhsuldarlığı 8-10 kiloqram arasında idisə, bu il biz bu göstəricini innovativ metodlardan daha çox istifadə etməklə və arıların cins tərkibi yaxşılaşdırmaqla 10-15 kiloqrama çatdıra bilmişik”, - deyə B. Həsrətov əlavə edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date