Azərbaycanda bu il kənd təsərrüfatının istehsalı 13% artıb

Azərbaycanda bu il kənd təsərrüfatının istehsalı 13% artıb
# 17 iyul 2019 10:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 675,8 mln. manat təşkil edib.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi göstəricinin 1 902,2 mln. manatı heyvandarlıq, 1 773,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

“Cari ilin ilk yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 13%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9%, bitkiçilik məhsulları üzrə isə 25,6% artıb”, - deyə Komitənin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR