Azərbaycanda tərəvəz məhsulları üzərində sınaq işləri aparılır

Azərbaycanda tərəvəz məhsulları üzərində sınaq işləri aparılır
# 18 iyul 2019 15:25 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu (TETİ) qarpız, yemiş və digər tərəvəz məhsulları üzərində sınaq işləri aparır. Bunu "APA-Economics"ə Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, hazırda ümumilikdə həm tərəvəz, həm də bostan məhsulları ilə bağlı 20 istiqamət üzrə tədqiqat işləri aparılır.

"Onlardan bir neçə sortu artıq Dövlət Sınaq Komissiyasına təqdim olunub. Ümumilikdə, taxıl və tərəvəz toxumları üzrə 320-dən çox yeni sort yaradılıb və qeyd olunan komissiyaya təqdim olunaraq dövlət reyestr kitabına daxil edilib”, - deyə N. Nəsirli qeyd edib.

O həmçinin bildirib ki, hazırda sözügedən toxumlar əkinlərdə tətbiq olunur: “Bunların arasında taxıl sortları, alma tingləri, müxtəlif tərəvəz sortları var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR