İtaliya subsidiya ilə bağlı Avropanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirmək niyyətindədir

İtaliya subsidiya ilə bağlı Avropanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirmək niyyətindədir
  • Clock-gray 17:11
  • calendar-gray 01 Avqust 2019

İtaliya kənd təsərrüfatı sahəsinin subsidiyalaşdırılması ilə bağlı Avropanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirilməsinə və dayanıqlı inkişafa dəstək olmaq niyyətindədir. “APA-Economics"in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan tvinninq layihəsinin təqdimatında çıxış edən İtaliyanın Azərbaycandakı səfirinin müavini Umberto Boeri deyib.

Onun sözlərinə görə, İtaliya o cümlədən Avropa İttifaqı ilə Azərbaycanın arasında ticarət əlaqələrin genişləndirilməsində maraqlıdır. 

“İtaliya Azərbaycanla uzunmüddətli perspektivdə diversifikasiya və islahatlar sahəsində əməkdaşlıqda maraqlıdır. Xüsusilə də kənd təsərrüfatı məhsullarının istehsalında. Bildiyiniz kimi, tvinning layihəsi mayın 1-dən etibarən başlayıb və növbəti 2 il ərzində biz Azərbaycanın, nəinki Kənd Təsərrüfatı Nazirliyi ilə, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi və digər təşkilatların da institusional potensialını gücləndirməyə davam etdirəcəyik”, - deyə U. Boeri qeyd edib.

Səfirin müavini əlavə edib ki, əməkdaşlıq həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, kənd təsərrüfatı siyasətinin təkmilləşdirilməsi və subsidiyaların verilməsi ilə bağlı hüquqi çərçivənin yaradılması istiqamətində də davam etdiriləcək.

“İtaliyanın kənd təsərrüfatı sahəsi Avropada İttifaqında öndə gedən sahələrdəndir. Hazırda İtaliyanın kənd təsərrüfatı sahəsi subsidiyalardan ən az asılı olan sektordur. İtaliyanın kənd təsərrüfatı sahəsinin subsidiyalardan 15,8% asılılığı var. Elə ölkələr var ki, bu asılılıq 30%-dək təşkil edir. Səfirlik olaraq biz inanırıq ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması İtaliya və Azərbaycan arasında icra olunan layihənin uğuruna səbəb olacaq”, - deyə U. Boeri qeyd edib.

Səfirinin müavini həmçinin bildirib ki, növbəti aylarda ikitərəfli əlaqələr nəinki kənd təsərrüfatı, həm də kənd yerlərinin və aqroturizm inkişafı sahəsində, akademik və elmi sahələrdə də inkişaf etdiriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date