Keçən il sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə müraciətlər artıb

Keçən il sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə müraciətlər artıb
# 24 yanvar 2023 11:36 (UTC +04:00)

2022-ci il ərzində sənaye mülkiyyəti obyektləri üzrə müraciətlərin dinamikasında artım müşahidə edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2022-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında bildirilib.

Qeyd edilib ki, keçən il milli və beynəlxalq əmtəə nişanları, coğrafi göstəricilər, ixtiralar, faydalı modellər, sənaye nümunələri üzrə müraciətlərdə artım müşahidə olunub.

“Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası Elmi-Tədqiqat İnstitutu və Neft-Kimya Prosesləri Elmi-Tədqiqat İnstitutu, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ixtiralarla bağlı ən çox müraciət edən hüquqi şəxslər olublar”, - hesabatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR