Mirzə Əliyev: "Azərbaycanda aqrar sahədə lizinq tam liberallaşdırılıb"

Mirzə Əliyev: "Azərbaycanda aqrar sahədə lizinq tam liberallaşdırılıb"
# 17 iyul 2019 11:44 (UTC +04:00)

Azərbaycanda aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb.

"APA-Economics"in məlumatına görə, bunu AKİA-nın bu ilin birinci yarısının yekunlarına dair keçirdiyi hesabat-konfransda çıxış edən qurumun sədri Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, əgər ötən ilin sonlarınadək kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı var idisə, hazırda təchizatçıların sayı 35-dir və istəyən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər.

"Bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi "Aqrolizinq" ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynlarının sayının artmasıdır", - deyə M. Əliyev qeyd edib.

Agentliyin rəhbəri onu da bildirib ki, bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox kombayn satılıb: "Bu, əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR