Qubada kənd təsərrüfatı texnikası yarmarkası keçiriləcək

Qubada kənd təsərrüfatı texnikası yarmarkası keçiriləcək
# 07 iyun 2019 18:25 (UTC +04:00)

Azərbaycanda növbəti kənd təsərrüfatı texnikası yarmarkası Qubada keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, yarmarka 8-9 iyun tarixlərində Gənclər Evinin qarşısında təşkil olunacaq.

Yarmarkalarda iştirak edən fermerlər təchizatçıların təklif etdikləri texnika və avadanlıqlarla, həmçinin dövlət güzəştləri barədə məlumat əldə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR