Rüfət Məmmədov: Son illər ərzində Azərbaycanda 30 taxıl anbarı yaradılıb

Rüfət Məmmədov: Son illər ərzində Azərbaycanda 30 taxıl anbarı yaradılıb
# 23 oktyabr 2019 10:35 (UTC +04:00)

Azərbaycan Sahibkarlığın İnkişafı Fondu tərəfindən ölkədə taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarlara 70 mln. ABŞ dollarından çox güzəştli kredit verilib.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Taxıl Ticarəti Forumunda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, icra olunan layihələr həmçinin ölkədə aqroparkların, fermerlər təsərrüfatlarının və taxıl anbarlarının yaradılması da daxildir.

"Son zamanlar 30 belə anbarların yaradılmasına kredit ayrılıb ki, bu anbarların tutumu yarım milyon tona bərabərdir", - deyə R. Məmmədov qeyd edib.

Nazir müavini əlavə edib ki, dövlət dəstəyi nəticəsində ötən il ölkədə taxıl istehsalı 2017-ci illə müqayisədə 13% artaraq 3,3 mln. tona bərabər olub.

"Bununla yanaşı, buğda istehsalı 2,2 mln. tona yaxınlaşıb. Ölkədə Taxıl Ehtiyatı Fondu yaradılıb ki, bu da Azərbaycanda sözügedən məhsulun tələbatını tam ödəmək, həmçinin qiymətin tənzimləməsi məqsədini daşıyır", - deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR