USAID: Azərbaycan qadınların aqrar sahədə rolu baxımından Qafqazda liderə çevrilə bilər

Cayder Singx

© APA | Cayder Singx

# 15 oktyabr 2021 11:41 (UTC +04:00)

Azərbaycan həm kənd təsərrüfatının inkişafı, həm də qadınların bu sahədə işçi qüvvəsində olan rolu baxımından Qafqaz regionunda liderə çevrilə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "Kənd təsərrüfatı sahəsində qadınların iqtisadi gücləndirilməsi" adlı forumda çıxış edən USAID-in Azərbaycan üzrə missiya direktoru Cayder Singx deyib.

Onun sözlərinə görə, bununla yanaşı, etiraf olunmalıdır ki, bu sahədə müəyyən problemlər mövcuddur.

"Bu problemlər tək Azərbaycanda deyil. Mənim ölkəmdə də qadınların məvacibi kişilərin maaşları ilə bərabər deyil, sosial xidmətlər zəifdir, bank maliyyəsinə çıxışda qadınlar çətinliklərlə üzləşirlər, digər problemlər də var. Lakin eyni zamanda, uğurlu nümunələr də mövcuddur. Təcrübə mübadiləsi nəticəsində yaxşı praktikaları genişləndirmək olar", - deyə C. Singx qeyd edib.

O həmçinin əlavə edib ki, azad edilən rayonlarda kənd təsərrüfatı sahəsinə əlavə olaraq qadın investisiyalarının cəlb edilməsi vacib məqamdır, bu da iqtisadi artımın daha da möhkəmləndirilməsinə səbəb olacaq: "Bu layihədə də biz əlimizdən gələni edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR