Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib - YENİLƏNİB

Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib - YENİLƏNİB
# 09 aprel 2023 11:27 (UTC +04:00)

Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Firdovsi Atakişiyev məlumat verib.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, Xalq artisti ilə sabah evində vida mərasimi keçiriləcək.

***

10:08

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, İrana Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR