ABŞ-da həbs edilən professor Məsud Süleymani 1 il sonra sərbəst buraxılıb

ABŞ-da həbs edilən professor Məsud Süleymani 1 il sonra sərbəst buraxılıb
  • Clock-gray 23:27
  • calendar-gray 07 Dekabr 2019

Bu gün İran amerikalı casusu azad edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, eyni zamanda ABŞ tərəfi də iranlı alim Məsud Süleymanini sərbəst buraxıb. O, İsveçrədə İran rəsmilərinə təhvil verilib. İranlı bioloq Sürixə səfər etmiş ölkənin xarici işlər naziri Məhəmməd Cavadla birlikdə Tehrana gəlib.

Məsud Süleymani 2018-ci ilin oktyabr ayında Çikaqo şəhər hava limanında həbs olunmuşdu.  Professor M.Süleymani  kök hüceyrələri sahəsində dünyada tanınmış araşdırmaçılardandır.  O, ABŞ və Avropanın bir çox ölkələrində araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq edirdi. ABŞ bu alimi İran əleyhinə olan sanksiyaları pozmaq ittihamı ilə həbs etmişdi, İran ABŞ-ın itthaımını qəbul etməmişdi.

İran isə bu gün 2017-ci ilin avqust ayında həbs olunan və ABŞ-a casusluqda ittiham olunan Prinston Universitetinin tələbəsi Van Siyue sərbəst buraxıb. 

O, 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.  İran elan edib ki, V.Siyueyə  qarşı “İslami şəfqət” (İslami Rafət) tətbiq olunub və o, İsveçrənin Tehrandakı səfirliyinin nümayəndələrinə təhvil verilib ki, ABŞ-a qaytarılsın.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər