Bağdaddakı "yaşıl zona"ya iki raket atılıb

Bağdaddakı "yaşıl zona"ya iki raket atılıb
# 06 mart 2020 03:08 (UTC +04:00)

Bağdadda dövlət idarələrinin və xarici diplomatik hökumət nümayəndəliklərinin yerləşdiyi “yaşıl zona”ya iki raket atılıb.

APA xəbər verir ki, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, raketlərdən biri “yaşıl zona”nın girişinin qarşısına, digəri isə Türkiyə səfirliyinin yaxınlığına düşüb.

Xəsarət alanlar və dağıntılar barədə hələlik bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR