Baqiri: “İraqda ABŞ bazalarına qarşı baş verənlərin İranla əlaqəsi yoxdur”

Baqiri: “İraqda ABŞ bazalarına qarşı baş verənlərin İranla əlaqəsi yoxdur”
# 02 aprel 2020 16:05 (UTC +04:00)

“Son həftələr İraqda ABŞ bazalarına qarşı baş verən hadisələrin ölkəmizlə heç bir əlaqəsi yoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri deyib.

O bildirib ki, ABŞ İranın sabitliyinə qarşı ən kiçik bir hərəkət edəcəyi təqdirdə, güclü reaksiya ilə üzləşəcək.

M. Baqirinin sözlərinə görə, onlar ABŞ-ın bütün fəaliyyətini və hərəkətlərini nəzarətdə saxlayırlar.

“Qüvvələrimiz tam ayıqlıqla ölkənin hava, quru və dəniz sərhədlərini qoruyur. İraqda ABŞ bazalarına qarşı baş verənlər İraq xalqının və müqavimət qüvvələrinin Süleymani və Əbu Mehdi Mühəndisin ölümünə görə ABŞ-ın atdığı addımlara təbii reaksiyasıdır və bizimlə əlaqəsi yoxdur", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR