Beyrutda fövqəladə vəziyyətin müddəti uzadılıb

Beyrutda fövqəladə vəziyyətin müddəti uzadılıb
# 18 avqust 2020 07:14 (UTC +04:00)

Livan hökuməti Beyrut dəniz limanında partlayışla bağlı avqustun 8-də elan edilmiş fövqəladə vəziyyət rejimininin daha bir ay - sentyabrın 18-nə qədər uzadılması haqqında qərar verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.

Qeyd edilib ki, paytaxtda mövcud vəziyyət nəzərə alınaraq, ölkə prezidenti və Baş nazirin razılığı əsasında sözügedən qərar qüvvəyə minib.

Xatırladaq ki, avqustun 4-də Beyrut dəniz limanında güclü partlayış nəticəsində 178 nəfərdən çox adam ölüb. Bu səbəbdən Livanın paytaxtı fəlakət bölgəsi elan edilərək iki həftəlik fövqəladə vəziyyət tətbiq olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR