Cavad Zərif Tacikistana gedir

Cavad Zərif Tacikistana gedir
  • Clock-gray 13:53
  • calendar-gray 28 Mart 2021

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif xarici işlər nazirlərinin "Asiyanın Qəlbi - İstanbul Prosesi" konfransında iştirak etmək üçün Tacikistana gedəcək.

APA bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

Xarici işlər nazirlərinin görüşü 29-30 mart tarixlərində keçiriləcək.

Xətibzadə Twitter-də yazıb ki, ortaq tarixi və mədəni irs, iki xalq arasında eyni dildə əlaqə yaradıb.

Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Əfqanıstan ilə Türkiyə arasında 2011-ci ildə başladılan regional bir təşəbbüsdür. Bu format, Əfqanıstanda və bütövlükdə bölgədə sabitlik, sülh və firavanlığı təşviq etmək üçün siyasi dialoq və regional əməkdaşlıq üçün bir platforma hesab edilir. "İstanbul Prosesi" nin iştirakçıları Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləridir.

apa-logo-mini

Digər xəbərlər