Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 41 nəfərə çatıb
# 25 yanvar 2020 10:55 (UTC +04:00)

Çində yeni tip koronavirusdan (2019-nCoV) ölənlərin sayı sürətlə artır.

APA-nın məlumatına görə, virusdan ölənlərin sayı 41 nəfərə çatıb, daha 1287 nəfərin bu virusa yoluxduğu bildirilir.

Son olaraq Mərkəzi Çində yerləşən Uxan şəhərində 62 yaşlı həkim Lyan Udun koronavirusdan vəfat edib.

Hazırda bu virusa yoluxmuş şəxslərlə kontaktda olmuş 13967 nəfər müəyyənləşib. Onlar həkim nəzarəti altına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR