Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 91 nəfər artaraq 871-ə yüksəlib

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 91 nəfər artaraq 871-ə yüksəlib
# 10 fevral 2020 03:32 (UTC +04:00)

Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 871 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, fevralın 9-na olan məlumata görə, ötən gün daha 91 nəfər yeni virusdan dünyasını dəyişib.

Regional Gigiyena və Sağlamlıq Komitəsinin məlumatında bildirilir ki, hər gün 2,6 mindən çox insan koronavirusa yoluxur.

Beləliklə, Hubeydə virusa yoluxanların ümumi sayı 29,6 min nəfəri keçib. Yoluxanlardan 356 nəfərin səhhətlərində problem olmadığından onlar xəstəxanalardan evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR