Hindistan koronavirusa yoluxanların sayına görə Braziliyanı keçib

Hindistan koronavirusa yoluxanların sayına görə Braziliyanı keçib
# 07 sentyabr 2020 11:13 (UTC +04:00)

Hindistan yeni növ koronavirusa (COVID-19) yoluxanların sayına görə Braziliyanı keçib.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Beləliklə, Hindistan koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.
Ölkədə son sutka ərzində 90 632 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Hindistanda indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 4 204 613 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da indiyə qədər 6276365 nəfər virusa yoluxub, Braziliyada isə bu rəqəm 4 137 521-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR