Hindistan və Çin mübahisəli sərhədlərdə gərginliyin azaldılması üçün əməkdaşlıq etməyə razılıq verib

Hindistan və Çin mübahisəli sərhədlərdə gərginliyin azaldılması üçün əməkdaşlıq etməyə razılıq verib
# 05 sentyabr 2020 12:06 (UTC +04:00)

Hindistan və Çin mübahisəli sərhədlərlə bağlı gərginliyin azaldılması istiqamətində birgə əməkdaşlıq üçün razılığa gəliblər.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Hər iki ölkə situasiyanı çətinləşdirə biləcək və ya sərhəd bölgəsində vəziyyəti gərginləşdirəcək hər hansı bir addımın atılmamasının vacib olduğunu təsdiqləyib", məlumatda qeyd olunub.

Qeyd edək ki, iki ölkənin Müdafiə nazirləri arasında görüş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR