Hindistanda rekord sayda COVID-19-a yoluxma halı baş verib

Hindistanda rekord sayda COVID-19-a yoluxma halı baş verib
# 28 mart 2021 13:10 (UTC +04:00)

Hindistanda koronavirus xəstələrinin sayı artmağa davam edir, son sutkada 62,7 min insan virusa yoluxub.

APA bildirir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi xəbər verib.

Bu yüksək rəqəm isə ölkədə son beş ayda ilk dəfə qeydə alınıb.

Hindistan koronavirusa yoluxma sayına görə dünyada üçüncü yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə COVID-19-a ümumilikdə 11.97 milyon insanın yoluxması qeydə alınıb.

Eyni zamanda, 11.32 milyondan çox insan xəstəlikdən sağalıb, təxminən 486 min nəfər müalicə almağa davam edir, 161 min insan koronavirus və yanaşı xəstəliklər səbəbindən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR