Hindistanda xəstəxanada yanğın zamanı 4 nəfər ölüb

Hindistanda xəstəxanada yanğın zamanı 4 nəfər ölüb
# 10 aprel 2021 02:11 (UTC +04:00)

Hindistanın Naqpur şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğın nəticəsində azı dörd nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanğın xəstəxananın birinci mərtəbəsindən başlayıb. Sonradan tüstü xəstəxananın 2-ci mərtəbəsinə, 10 xəstənin müalicə olunduğu reanimasiya şöbəsinə yayılıb. Xəstəxana əməkdaşları xəstələrdən yalnız altısını xilas edə bilib, qalan dörd xəstə tüstüdən boğularaq ölüb.

Eyni zamanda, daha 27 xəstənin də ağır vəziyyətdə digər xəstəxanalara yerləşdirildiyi deyilir.

Yanğının səbəbi hələ müəyyən edilməyib. İlkin ehtimal kimi qısaqapanma əsas gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR