Hindistanın baş naziri xarici ölkələrdəki səfir və ali komissarlarla video-konfrans keçirib

Hindistanın baş naziri xarici ölkələrdəki səfir və ali komissarlarla video-konfrans keçirib
  • Clock-gray 22:05
  • calendar-gray 30 Mart 2020

 

Hindistanın baş naziri Narendra Modi Hindistanın xarici ölkələrdəki səfirlik və ali komissarlıqlarının rəhbərləri ilə video-konfrans keçirib.

Bu barədə APA-ya Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Səfirlikdən bildirilib ki müxtəlif ölkələrdəki Hindistan nümayəndəlikləri üçün ilk dəfə təşkil olunan bu video-konfrans qlobal koronavirus (COVİD-19) pandemiyasına qarşı atılan addımları müzakirə etmək üçün keçirilib.

Baş nazir Narendra Modi nümayəndəlik rəhbərlərini müəyyən istiqamətlərdə addımlar atmağa çağırıb.

 Baş nazir hindistanlı diplomatlara özlərinin, komandalarının və ailələrinin sağlamlıq və təhlükəsizliyini təmin etməyi tapşırıb.

Baş nazir deyib ki hazırda davam edən beynəlxalq səyahət məhdudiyyətlərinin qeyri-müəyyənliyini nəzərə alaraq diplomatik təmsilçilər müxtəlif xarici ölkələrdə qalan Hindistanlıların qayğısına qalmalı onların üzləşdiyi problemləri ev sahibi Hökümətlərlə həll etməlidir.

Narendra Modi video-konfransda bildirib ki, hindistanlı diplomatlar Hindistanın koronavirus (COVİD-19) əleyhinə mübarizəsi üçün akkreditasiya olunduqları ölkələrdə ən yaxşı təcrübələri, yenilikləri və tibbi avadanlıqların əldə olunması üçün elmi nailiyyətləri və mənbələri müəyyənləşdirməlidirlər. O həmçinin, xaricdən ianələrin toplanılmasını səfərbər etmək üçün nümayəndəlik rəhbərlərinə yeni yaradılmış Baş Nazir-Qayğı Fonduna dair təbliğat aparmağı tövsiyə edib.

COVID-19 pandemiyasının iqtisadiyyata təsirini qeyd edən baş nazir Modi nümayəndəlik rəhbərlərinə tövsiyə edib ki, xarici ticarət tərəfdaşları ilə əlaqə yaradaraq zəruri tədarüklər, logistika zəncirləri, pul köçürmələri kimi ticarətin təmin edilməsinə diqqət yetirilsin. 

Baş nazir diplomatlara COVID-19 pandemiyası ilə əlaqədar formalaşan beynəlxalq siyasi və iqtisadi vəziyyətə diqqət yetirməyi tapşırıb.

 

 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date