İndoneziya əcnəbilərin ölkəyə girişinə qadağa qoyub

İndoneziya əcnəbilərin ölkəyə girişinə qadağa qoyub
# 31 mart 2020 10:48 (UTC +04:00)

İndoneziya hakimiyyəti koronavirusa yoluxmuş insanların sayının artması ilə əlaqədar, demək olar ki, bütün əcnəbilərin ölkəyə girişinə və tranzitinə müvəqqəti qadağa qoyub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında İndoneziyanın Xarici İşlər naziri Retno Marsudi deyib.

Bununla belə, qərar diplomatlar və daimi iş vizaları sahiblərinə şamil edilmir.

Xarici İşlər naziri əlavə edib ki, koronavirusun yayılması təhlükəsi xaricdən gəlir, xüsusilə də Avropa və ABŞ-dan.

Qeyd edək ki, bu günə qədər İndoneziyada koronavirusa yoluxmuş insanların sayı 1 400 nəfəri keçib, 122 nəfər ölüb – bu, bölgədəki ən yüksək göstəricidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR