İran BAEA-nın nüvəsizləşdirmə konvensiyasının əlavə protokolunun icrasını dayandıra bilər

İran BAEA-nın nüvəsizləşdirmə konvensiyasının əlavə protokolunun icrasını dayandıra bilər
# 11 yanvar 2021 14:53 (UTC +04:00)

“Əgər sanksiyalar ləğv olunmazsa, müəyyən olunmuş vaxtda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvəsizləşdirmə (NPT) konvensiyasının “Əlavə olunmuş protokol”unun könüllü icrası dayandırılacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

“Əlavə olunmuş protokol”un könüllü icrasının dayandırılmasının BAEA-nın müfəttişlərinin ölkədən çıxarılması anlamına gəlmədiyini vurğulayan B. Kəmalvəndi qeyd edib ki, bu addım parlamentin uranın 20 faiz zənginləşdirilməsi və Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərin ləğvinə dair layihəsinin tələbinə uyğun olaraq aparılır.

Onun sözlərinə görə, İran Atom Enerji təşkilatı uranın 20 faiz zənginləşdirilməsi və Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərin ləğvinə dair layihəni tam icra edir və bununla bağlı BAEA-ya da məlumat verib, bundan başqa, artıq İR2M sentrifuqaların quraşdırılmasına da başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR