İran COVID-19-a qarşı özünün ilk peyvənd nümunəsinin təqdimatını edib

İran COVID-19-a qarşı özünün ilk peyvənd nümunəsinin təqdimatını edib
  • Clock-gray 14:50
  • calendar-gray 20 Oktyabr 2020

İran yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı özünün ilk peyvənd nümunəsinin təqdimatını edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, üçüncü nəsil peyvənd üzərində uzun zamandır qızılca xəstəliyi əsasında müxtəlif sınaqlar keçirilir.

Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.

İranın elm adamları bildiriblər ki, peyvəndin istehsalında əcnəbi mütəxəssislərin məsləhətlərindən istifadə olunub.

Peyvəndin satış qiyməti 6-10 ABŞ dolları məbləğində müəyyən olunub.

Peyvənd Çin şirkəti ilə əldə olunmuş razılığa əsasən, gələn ay meymun üzərində sınaqdan keçiriləcək. Peyvənd son sınaqlardan sonra ilin sonuna kimi kütləvi istehsal olunacaq.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər