İran Prezidenti Mayk Pompeonun koronavirusla bağlı ittihamına cavab verib

İran Prezidenti Mayk Pompeonun koronavirusla bağlı ittihamına cavab verib
# 26 fevral 2020 13:30 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani ABŞ Dövlət katibi Mayk Pompeonun koronavirusla bağlı ittihamına cavab verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İran Prezidenti bildirib ki, amerikalılar öz ölkələrində qripdən ölən minlərlə insan haqda düşünməlidirlər.

Onun sözlərinə görə, İranda koronavirusun qarşısının alınması istiqamətində müsbət meyllər müşahidə olunur ki, bu da ümidvericidir.

Qeyd edək ki, ABŞ Dövlət katibi M. Pompeo İranı koronavirusla bağlı vacib informasiyaları gizlətməkdə ittiham edib.

Xatırladaq ki, İranda koronavirusdan 15 nəfər ölüb, 95 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR