İranda koronavirusdan ölənlərin sayı 14188 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 14188 nəfərə çatıb
# 19 iyul 2020 14:13 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 209 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 14188 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2182 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 273656 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR