İranda koronavirusdan ölənlərin sayı 56 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 56 mini keçib
# 08 yanvar 2021 14:50 (UTC +04:00)

İranda ötən sutka ərzində 85 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 018 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 251 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 274 514 nəfərə çatıb. Virus daşıyıcılarından 4 729 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 058 654 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR