İranda koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb
# 24 may 2020 14:14 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 58 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İrandan koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2180 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 135701 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 105801 nəfər sağalıb.

Hazırda virusa yoluxanlardan 2615 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR