İranda ötən sutka 89 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 89 nəfər koronavirusdan  ölüb
  • Clock-gray 14:49
  • calendar-gray 18 Mart 2021

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61581 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7530 nəfər koronavirisa yoluxub.

Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1778645 nəfərə çatıb. Virus daşıyıcılarından 3866 nəfərin vəziyyəti ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər