İranda ötən sutkada koronavirusdan 68 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 68 nəfər ölüb
  • Clock-gray 14:53
  • calendar-gray 19 Mart 2021

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 68 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 61 649 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 620 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 786 265 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 879 nəfərin vəziyyəti ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər